Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "BMW" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində, iki nəfər - Elnurə Quliyeva və Sürəyya Əliyeva xəsarət alıb.

Yararlılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS