SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Erməni tərəfi cəbhədə hər döyüş toqquşmasında iki-üç qat artıq döyüş itkisi verir”.
 
Bunu BAKU.WS-ə Müdafiə Nazirliyindən bildiriblər.  

Ermənistan silahlı qüvvələri bölmlərinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır.

"Hər dəfə canlı qüvvə sarıdan iki-üç qat döyüş itkisi verən düşmən tərəf, höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir. İkrah doğurucu isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir".

Nazirlik bildirib ki, Azərbyacan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabina düşmən həmişə olduğu kimi, yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endirələcək. Erməni tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaq.
 
Azad Əliyev
BAKU.WS