VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Göygöl rayon sakini E.Məmmədov naməlum şəxsin onu videoya çəkərək sosial şəbəkədə yayacağı ilə hədələyib 50 manatını aldığını bildirib.


Məlumatla əlaqədar əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyən ediblər.


Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS