VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün axşam saatlarında “BakuBus” avtobusları qəzaya uğrayıb.


BAKU.WS xəbər verir ki, hadisə saat 00:20-də Zığ yolunda qeydə alınıb. Hadisənin görüntülərini “qaynar xətti”mizə göndəriblər. Videodan da göründüyü kimi 3 “BakuBus” avtobusu və bir minik maşını toqquşub.


Hadisə ilə bağlı ətraflı məlumat almaq üçün Bakı Nəqliyyat Agentliyilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, qəza yolun sürüşkən olması səbəbindən baş verib.


“Yol sürüşkən olduğu üçün qəza baş verib. Avtobuslar normal sürətlə hərəkət edərkən hadisə olub. Qeyd edim ki, “BakuBus” avtobuslarına texniki baxımdan sürət həddi qoyulub. Yəni sürücü istəsə belə avtobusu sürətlə sürə bilməz”, - deyə Mais Ağayev bildirib.


Qeyd edək ki, hadisə avtobuslar depoya gedən zaman baş verib. Bu səbəbdən avtobuslar qəzaya uğrayarkən heç birində sərnişin olmayıb. Sürücülər də qəza zamanı xəsarət almayıblar.


Ziya SƏCCAD
BAKU.WS