SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türk Silahlı Qüvvələri yeni modifikasiya edilmiş hərbi texnikasının görüntüsünü yayıb.
 
BAKU.WS-in məlumatına görə, Türkiyənin ən böyük quru platforma layihəsi çərçivəsində inkişaf etdirilən, yüksək hərəkət qabiliyyətli olan hərbi texnika ALTAY tankı Türk Silahlı Qüvvələrinin gələcəkdəki ehtiyaclarına cavab vermək üçün nəzərdə tutulub. 
 
Modifikasiya edilmiş texnika göstəricilərinə görə dünyanın inkişaf etmiş ölkələrinin hərbi texnikalarını qabaqlayır. ALTAY Türkiyənin inkişaf etdirməkdə olduğu 3+ nəsil əsas döyüş tankıdır. Tankın adı Qurtuluş savaşında 5-ci Süvari Kolordosuna komandanlıq edən Fəxrəddin Altayın adından alınıb. Fəxrəddin Altaya isə soyadı Altay İdman Klubundan ilhamlanaraq Mustafa Kamal Atatürk tərəfindən verilib. 
 
Şahin Həbibov
BAKU.WS