VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bəzi Kütləvi İnformasiya Vasitələrində Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusifin anasının intihar etdiyi barədə məlumatlar yayılıb.

BAKU.WS
-in verdiyi məlumata görə, KİV-də yayılan xəbərlərdə uşağın anasının övladının həlak olmasına dözməyərək özünü asdığı qeyd edilib. Bəzi mətbu orqanlarda isə Yusifin anasının intihara cəhd etdiyi, lakin ölmədiyi barədə informasiyalar yayılıb.


BAKU.WS olaraq hadisəyə aydınlıq gətirmək istədik. Məsələ ilə əlaqədar Bakı şəhər Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluqdan BAKU.WS-ə bildirdilər ki, ötən gün Bakıda intihar hadisəsi ilə bağlı heç bir məlumat daxil olmayıb.


“Ümumiyyətlə bizə qadının intihar, yaxud intihara cəhd etməsilə bağlı məlumat daxil olmayıb”, - deyə bildirilib.


Səhiyyə Nazirliyi Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da BAKU.WS-ə bildirdi ki, quruma bu barədə heç bir informasiya daxil olmayıb.


“Ötən gün Bakıda qadının intihara cəhd, yaxud intihar etməsilə bağlı məlumat daxil olmayıb”, - deyə Səfayə Əhmədova bildirib.


BAKU.WS