VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatında Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.


Azərbaycan Müdafiə Nazirliyindən BAKU.WS-ə bildirilib ki, erməni mətbuatı yalan və uydurma xəbərlər yaymaqda davam edir: "Guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə erməni KİV-lərinin yaydığı xəbər sadəcə cəfəngiyyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı. Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq".

Nazirlikdən verilən məlumata görə, erməni elektron KİV-lərinin növbəti dəfə yeni uydurma ilə çıxış edərək guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə yaydığı xəbərə münasibət bildirilərkən deyilib: "Əslində, erməni cəmiyyətində "ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meyilli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar. Bildiririk ki, Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır və düşmənin hərəkətləri nəzarətdə saxlanılır. PUA-larımız döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərtilə planauyğun, əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə və düşmən mövqelərinin dərinliyində fəaliyyət göstərir”.

Ziya Səccad

BAKU.WS