SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında İranın cənubunda keçirilən hərbi parad zamanı terror hadisəsi baş verib.

BAKU.WS
xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb. Verilən məlumata görə, hadisə Ahvaz şəhərində qeydə alınıb.

Bildirilir ki, hərbi parad keçirilən zaman güclü partlayış qeydə alınıb. Partlayış nəticəsində 20-dən çox insan xəsarət alıb, 8 hərbçi ölüb.

İran hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 2 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, hərbi parad 1980-88-ci illərdə İran-İraq müharibəsinə həsr olunub.

Ziya SƏCCAD
BAKU.WS