Bu il maaşlarda artımlar olacaq? - SEVİNDİRİCİ AÇIQLAMA
"Maaşlardakı artımlar birbaşa sərəncamlarla tənzimlənir. 2025-ci ildə minimum əməkhaqqı artırılaraq 400 manata çatdırılıb".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, bir sıra sektorlarda əməkhaqqı artımları reallaşıb:
"Nazirlər Kabineti tərəfindən vəzifə maaşlarının uyğunlaşdırılması ilə bağlı əmək haqlarının artırılması baş verdi. Bu baxımdan 2026-cı ildə də bütövlükdə sosial istiqamətdə baş verən dəyişikliklərlə bağlı izahatlar təqdim olunacaq. Dövlət büdcəsindən sosial istiqamətə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da büdcə xərclərinin 41 faizindən çox deməkdir. 2026-cı ildə də sosial təminat tədbirləri prioritet məsələ olacaq.
Onu da qeyd edm ki, sosial istiqamətdə artımlar qanunvericiliklə tənzimlənir. "Əmək pensiyaları haqqında" qanuna əsasən, 2026-cı ildən etibarən əmək pensiyalarının əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizi indeksləşdir və artırılması nəzərdə tutulur. Bu ondan xəbər verir ki, bu il əmək pensiyaları orta hesabla 9,2 faiz indeksləşdirilib artırılacaq və bütün növ əmək pensiyalarını əhatə edəcək.
Yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan vətəndaşlarımızın pensiya məbləğlərində artım olacaq. Təxminən 1,1 milyondan artıq vətəndaşımızın pensiya məbləğlərində artımların olacağı gözlənilir.
Digər qanunvericiliklə tənzimlənən artım ehtiyac meyarın artması nəticəsində ünvanlı sosial yardım məbləğinin artması ilə bağlıdır. Belə ki, ünvanlı sosial yardım məbləğində artımların olacağı gözlənilir. Bu yeni ünvanlı sosial yardım alacaq vətəndaşlarımıza şamil olunacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda bu kirayə evlər bahalşıb - AÇIQLAMA
"Ötən ay daşınmaz əmlak bazarının kirayə seqmentində daha çox tələb olunan bir otaqlı mənzillər təqribən 50 manat civarında bahalaşmağa məruz qalıb". Bu sözləri...