Xəzər TV-nin binası yaxınlığında güclü yanğın baş verib. 

BAKU.WS-in məlumatına görə, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Abbas
BAKU.WS