50 manata görə tanışını öldürən Raufa hökm oxundu

50 manata görə tanışını öldürən Raufa hökm oxundu
Video
Hadisə 234

Bakıda 50 manata görə tanışını bıçaqla qətlə yetirən Rauf Salayevin cinayət işi üzrə məhkəmə hökm oxuyub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə R.Salayev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Rauf Salayev Qoşqar Qarazadəyə çatdırmaq üçün onun plastik kart hesabına göndərilmiş 50 manat məbləğində pulu xərcləyib.

O, Lökbatan yolunda yerləşən "Cənub Qapısı" Yaşayış Kompleksinin həyətindəki bərbərxananın qarşısında Qoşqarla rastlaşarkən, Qoşqar həmin pulu qaytarmasını tələb edib və aralarında mübahisə yaranıb.

Bu zaman təqsirləndirilən şəxs Qoşqar Qarazadənin ünvanına nalayiq ifadələr işlədərək onu yerə yıxıb, ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib.

Təsadüfən həyətdə olan Ömər Hudulov müdaxilə edərək mübahisəni sakitləşdirməyə cəhd edib.

Belə olan halda Ömər mübahisəyə aydınlıq gətirmək üçün saat 00:00-da zəng vuraraq qardaşı Həsən Hudulovu çağırıb və Həsən həyətdəki supermarketin arxa giriş qapısının yaxınlığına gələrək Rauf Salayevə hücum çəkib. Bu məqamda Rauf Həsən Hudulovun şalvarının bel hissəsinə qoyduğu bıçağı görüb, cǝld sağ əli ilə həmin bıçağı götürüb və Həsənin ürəyindən vuraraq öldürüb.

Son xəbərlər