50 manat cərimələnən 850 min manatlıq "Ferrari" sürücüsü Mirhafiz Seyidovun oğlu imiş
Bakıda nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazlara qarşı mübarizə tədbirləri davam etdirilir.
BAKU.WS "Avtosfer.az"a istinadən xəbər verir ki, Bakı şəhər DYP İdarəsi və ETSN-in əməkdaşları ilə birlikdə "Təmiz hava aylığı" ilə əlaqədar keçirilən reyddə bazar dəyəri 850 min manat olan avtomobilin sahibi saxlanılıb.
10-SY-100 dövlət qeydiyyat nişanlı "Ferrari" markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib.
Bildirilib ki, "Ferrari"nin sürücüsü olan Miryaqub Seyidov 3 il əvvəl adı 600 min manatlıq mənimsəmədə hallanan Mirhafiz Seyidovun oğludur. Araşdırmalar nəticəsində o da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında "OO" olan nəqliyyat vasitələrini idarə edirlər. Avtomobil qarajına ümumilikdə "Ferrari", "Lamborghini" və "Porsche" kimi lüks maşınlar daxildir.
Qeyd edək ki, qaydaları pozan sürücü Miryaqub Seyidov çəkilişdən yayınmaq üçün avtomobillə ərazidən uzaqlaşıb.
Oxşar xəbərlər
Avtomobil almaq üçün 30 min manatdan çox pul ödədi - Aldadıldığını iddia etdi
Maşın almaq üçün 30 min manatdan çox ödəniş edən vətəndaş iki aydır avtomobili təhvil ala və ya ödənişini geri qaytara bilmədiyini deyir. BAKU.WS Xəzər TV-yə is...