SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərinin Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, “Ford” və “KAMAZ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

BAKU.WS