SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib. 
 
BAKU.WS xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib. 
 
C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur. 
 
C. Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb. 
***
16:47
Bakı. Hafiz Heydərov-APA. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.
 
Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.
 
Məlumata görə,  C. Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.
 
Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.

BAKU.WS