VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Deputat Elmira Axundova Fərman Məmmədovla sosial şəbəkələrdə fəal şəkildə yayılan səs-küylü audioyazıya münasibətini bildirib.

BAKU.WS
xəbər verir ki, “virtualaz.org”a müsahibəsində Elmira Axundova oğlu Həbib Axundovla bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Redaksiyamıza zəng edərək, məşhur deputat bəyan edib ki, adı dillərdə gəzən siyasi fəal Zakir Məmmədovun qardaşı olan Fərman Məmmədov bir neçə ildir ki, onun ailəsini izləyir və şantaj edir. “Bu xadim bir vaxtlar Liberal Partiyanı satdı və bir dəfə partiyanın lideri Lalə Şövkət Hacıyeva etiraf etmişdi ki, Məmmədov qardaşları ona təzyiq göstəriblər və onun səhvi bundan ibarət olub ki, mətbuat vasitəsilə onlara açıq cavab verib”, - E.Axundova iddia edir.

O ki qaldı əhvalata, deputat söyləyib ki, oğlu Həbib Axundov və həmin Fərman Məmmədov Elnur İbrahimova faizlə pul veriblər. Bir müddət İbrahimov onlara bu faizləri qaytarıb, lakin sonradan “piramida” çöküb, F.Məmmədov isə qərara alıb ki, düşdüyü zərəri Axundovlar ödəməlidir.

“Mənzilini girov qoyub dostlarından 250 min manat borc alaraq, oğlum tələb etdiyi məbləği F.Məmmədova çatdırdı. Lakin bir müddət sonra o, yenidən şantaj etməyə və daha 200 min tələb etməyə başladı. Həbib və mən deyəndə ki, bundan sonra bizdən bir qəpik də almayacaqsan və pulları Elnur İbrahimov qaytarmalıdır, Fərman məhkəmə ilə hədə-qorxu gəldi. Lakin məhkəmə orqanlarının yerinə o, reketçi jurnalist Habil Vəliyevə müraciət etdi. H.Vəliyev “Gündəlik Bakı”da təxribat xarakterli 8 yazı dərc etdi. O vaxt biz şantajçını məhkəməyə verdik və işi udduq”, - E.Axundova qeyd edib.

Ailəsinə F.Məmmədov tərəfindən hücumları və hədələri o, “əsl psixoloji terror” adlandırır. Axundova hesab edir ki, həmin insanın mənəvi siması barədə yalnız bu fakt xəbər verir ki, o, oğlunun şəxsi fotoşəkillərini mətbuatda yayır və hazırda Elnur İbrahimova qarşı məhkəmə prosesinə sədrlik edən hakimə təzyiq göstərir.

“İbrahimov Azərbaycana ekstradisiya olunub və Bakı Şəhər Baş Polis İdarəsində bir ildən artıq müddətdə onun dələduzluq əməlləri ilə bağlı istintaq aparılıb. Artıq istintaq başa çatıb və iş məhkəməyə verilib, İbrahimova qarşı ittiham irəli sürülüb. Mənə məlum olduğuna görə, Məmmədovun mənə və oğluma qarşı ifadələrinin yalan olması da üzə çıxıb. Yəni oğlum heç kimə heç nə borclu deyil. Biz onun mətbuatdakı çıxışlarını məhkəməyə təzyiq kimi qiymətləndiririk və təsdiq edirik ki, məhkəmədə təqdim olunmuş bütün sübutlar saxtalaşdırılıb və cinayət yolu ilə əldə edilib. Bütün bunlar qanuna ziddir və gözləyirik ki, hüquq-mühafizə orqanları bizə qarşı bu mənəvi terrora son qoyacaqlar”, - E.Axundova əminliyini bildirib.

BAKU.WS