VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Gürcüstanda Sovet vaxtlarından çox əhəmiyyətli müəssisələr miras qalıb. Bu müəssisələr mürəkkəb və yüksəktexnologiyalı texnikalar istehsalına görə nüfuzunu qoruyub saxlayır. 
 
BAKU.WS-in məlumatına görə, belə müəssisələrdən biri Tiflis Aviasiya Zavodudur. Bu zavodda SU-25 bombardmançıları istehsal edilir. Çoxları bələ də bu hərbi texnikaya "uçan tank" ləqəbi verildiyi bilmir.
 
Bu bombardançı təyyarələr öz sinfində ən yaxşı döyüş təyyarəsi hesab olunur. Zavod indiyə qədər dövlət büdcəsinin doldurulması və yüksək maaşlı iş yerlərinin yaradılması sahəsində gürcü sənaye müəssisələrinin arasında lider olaraq qalır. 

Bu günlərdə məlum olub ki, zavodun rəhbərliyi "uçan tankı" müasirləşdirməyə və onun bazası əsasında "Bora" Ge-31-i tipli çoxfunksiyalı təyyarəni istehsal etməyə qərar verib. Yeni Ge-31 üçün füzelyaj və qanadlar Gürcüstanda istehsal ediləcək.
 
Radioelektronikanın və naviqasiyanın sistemlərinə gəlincə, onları Qərbdən alacaqlar, həmçinin reaktiv mühərriklər və katapultalarda xaricdən gətiriləcək. Yeni təyyarə NATO-un standartlarına tamamilə uyğun olacaq.
 
ŞAHİN Həbibov
BAKU.WS