SİZİN REKLAM BURADA!
055 213 76 73



Saray qəsəbəsində Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı sexində partlayış baş verib.

BAKU.WS
“virtualaz.org”a istinadən xəbər verir ki, kəsim prosesi zamanı içərisində yanacaq olan dəmir çən partlayıb. Nəticədə, sexdə çalışan fəhlə - Masallı sakini Ağamalı Qurbanov həlak olub.

Məlumata görə,faciəvi hadisənin baş verdiyi kustar sex Zülfüqarlı qardaşlarının polad əridilməsi və armatur istehsalı üzrə qeyri-leqal müəssisələr şəbəkəsinə daxildir.

Daha əvvəllər yazdığımız kimi, Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-qanuni biznes təşkil ediblər. Hazırda bu şəbəkəyə dörd gizli sex daxildir.

Həmin sexlərdə elementar təhlükəsizlik qaydalarına riayət olunmur və tez-tez bədbəxt hadisələr baş verir. Zülfüqarlı qardaşlarının sexlərində aşağı keyfiyyətli armatur, şveller, həmçinin kvadrat və düzbucaqlı profillərin istehsalı aparılır ki, bunlardan tikinti-inşaat işlərində istifadə edilir. Maraqlıdır ki, aşağı keyfiyyətinə baxmayaraq, bu kustar məhsullar indiyə kimi yeni yaşayış binalarının və dövlət müəssisələrinin tikintisində, həmçinin təmir işlərində istifadə olunur.

BAKU.WS