SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerikada "iPhone" smartfonu bilinməyən səbəbdən partlayıb.

BAKU.WS
"ABC News" telekanalına istinadən xəbər verir ki, hadisə Las-Veqasda mobil telefonun təmir olunduğu sexdə baş verib. Bu barədə video görüntü yayılıb. Videodan da göründüyü kimi usta "iPhone 6S" təmir edərkən qəfil yanğın olub. Nəticədə usta mobil telefonu əlindən atıb. Daha sonra güclü partlayış olub.

Usta dərhal xilasedicilərə zəng vurub. Partlayış nəticəsində xəsarət alan olmayıb. Lakin mobil cihaz tamam yararsız hala düşüb. İlkin ehtimala görə, telefonun batareyası həddindən artıq qızdığına görə alışıb.

Qeyd edək ki, smartfonların, əsasən də "iPhone" cihazlarının partlaması hallarına tez-tez rast gəlinir. Bildirilir ki, bu cihazların təmirini hər ustaya etibar etmək olmaz. Onun kustar üsul ilə təmiri və cihaza qeyri-peşəkar müdaxilə belə hallara səbəb olur.

BAKU.WS