VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“IHS Markit” şirkətinin mütəxəssisləri bu yaxınlarda təqdim olunmuş və satışa çıxarılmış “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının əsl dəyərini açıqlayıblar.

BAKU.WS xəbər verir ki, analitiklər yeni smartfonların tərkib hissələrinin qiymətini və istehsala çəkilən xərcləri toplayaraq, onların əsl dəyərini hesablayıblar.

Beləliklə, məlum olub ki, ABŞ-da müvafiq olaraq 699 и 799 dollara satışa çıxarılmış “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının əsl dəyəri 247 və 295 dollardır.

Sözügedən smartfonların Azərbaycanda bundan dəfələrlə baha qiymətə satışa çıxarılacağı gözlənilir.

BAKU.WS