SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.

"Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.

Məlumata görə, partlayış sərnişin avtobusunda olub, ölən və yaralananlar var. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış sərnişin avtobusuna yaxınlaşan avtomobildə baş verib. 

Avtobusun içərisində mülki geyimli hərbçilərin olduğu bildirilir. 

Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib. 
 
BAKU.WS