SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyi (DİN) Abşeronda çörəkbişirmə sexində partlayış barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kv.m olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılıb, eləcə də 50 kv.m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

BAKU.WS