İŞİD terrorçuları vəhşilikləri təbliğ etməkdə davam edirlər.


BAKU.WS
-in məlumatına görə, bu dəfə İŞİD-çilər azyaşlı uşaqların terrorçu kimi hazırlanma prosesini əks etdirən video yayıblar.

Görüntülərdə yaşı heç 10 olmayan uşaqlar döyüş üsullarını öyrənirlər. Uşaqlar odlu silahdan istifadə edir, əlbəyaxa döyüş növlərinə yiyələnirlər. Bundan başqa, uşaqlara insanları necə qətlə yetirmək öyrədilir.

Görüntülərdə azyaşlılar baş kəsir, insanları güllələyirlər. Kadrlardan da görünür ki, uşaqlar bu qətllərin mahiyyətini anlamır. Onlar bu qətillərə oyun kimi baxırlar. 

Ziya Səccad
BAKU.WS