VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Lənkəranda iki nəfər dənizdə çimərkən batıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, onlardan birinin meyiti sudan çıxarılsa da, digərinin axtarışları davam edir.
 
Hadisə rayon ərazisində qeydə alınıb. Dənizdə boğulanlardan biri - rayon sakini 1995-ci il təvəllüdlü Şəmsəddin Rahim oğlu Aslanovun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
 
Dənizdə batan digər rayon sakini, Ruhid Əzizağa oğlu Babazadənin axtarışları isə davam etdirilir.

BAKU.WS