Dənizdə batan dörd dostdan sonuncusunun da MEYİTİ TAPILDI
25
iyn
2026
09:44
İyunun 22-də Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun və qardaşı 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyiti suda tapılıb çıxarılıb.
Oxşar xəbərlər
Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib
Oktyabrın 20-də Qax rayonu Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş...