SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün sui-qəsd nəticəsində yaralanan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əməliyyat olunub.

BAKU.WS missiya.az-a istinadla xəbər verir ki, Mərkəzi Klinika Gəncə Xəstəxanasından aldığı məlumata görə, Türkiyədən Elmar Vəliyevi əməliyyat etmək üçün həkim briqadası gəlib. İcra başçısı səhər saatlarında əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi bildirilir. Hazırda Elmar Vəliyevin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, ötən axşam Elmar Vəliyevə qarşı sui-qəsd edilib. Onun başından və qarnından yaralandığı bildirilir.

Əldə etdiyimiz son məlumata görə, E.Vəliyev baş nahiyyəsindən əməliyyat olunub. Onu əməliyyat etmiş türkiyəli həkimlər, İbrahim Tatlısəsi həyata qaytaranlardır.

BAKU.WS