45 min manat oğurlayan qadın saxlanılıb
18
sen
2025
14:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən 45 min manat oğurlayan qadın saxlanılıb.
BAKU.WS xəbər verir ki, evlərin birindən 45 min manat oğurlanması barədə polisə məlumat daxil olub.
Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan qadın evə kişi geyimində daxil olaraq oğurluğu törədib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...