SİZİN REKLAM BURADA!
055 213 76 73



Braziliyada polis narkotik vasitələrinin qanunsuz dövriyəsilə əlaqədar əməliyyat keçirərərkən qalmaqal yaşanıb.

BAKU.WS
“Daily Mail”ə istinadən xəbər verir ki, hadisə Salvador şəhərində qeydə alınıb. Polis narkotik alverinə görə bir nəfəri həbs edib. Bu vaxt həbs olunan kişinin həyat yoldaşı polisə qışqırıb və ərinin azad olunmasını tələb edib.

Hamilə qadın ərini polisin əlindən almağa çalışan vaxt özü hücuma məruz qalıb. Polis hamilə qadının üzündən və başından bir neçə zərbə endirib. Daha sonra qadının saçından tutub polis maşınına doğru sürüyür. Bu zaman ətrafda olan insanlar hamilə qadını polisin əlindən zorla alıblar.

Baş verən hadisənin görüntüləri yayılıb. Video sonradan polis idarəsində araşdırılıb və vəzifəsindən sui-istifadə edən polis zabiti vəzifədən azad edilib.

Qeyd edək ki, döyülən qadın 3 aylıq hamilə olub.

BAKU.WS