VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyəyə qonaq gələn turistin məsuliyyətsizliyi az qala başına bəla olacaqdı.

 

BAKU.WS-in məlumatına görə, əslən pakistanlı olan Kanada vətəndaşı Şeriyat Bag ailəsilə irgə minik avtomobili kirayələyib. Onlar həmin avtomobili dəniz kənarında saxlayıblar.

Qadın maşının əl ayləcini qaldırmağı unudub. Ailə restorana giriblər. Avtomobil isə arxa tərərəfə hərəkət edib. Maşını dənizə düşməkdən isə son anda yaxınlıqda olan insanlar xilas ediblər. Kimi avtomobilin tarazlığı pozulmasın deyə onun üstünə çıxıb. Kimi də maşını kəndirlə dirəkləra bağlayıb.
Sonradan evakuator çağırılıb və maşın ordan çıxarılıb.

Baş verənləri hadisə şahidlərindən biri çəkib və sonradan həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

BAKU.WS həmn maraqlı anları təqdim edir


Ziya Səccad
BAKU.WS