43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb

43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb
Hadisə 82

Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər