
Bakının Nəsimi rayonunda həyət evlərində baş verən yanğın söndürülüb.
BAKU.WS-in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə briqadası cəlb edilib və yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir-birinə bitişik olan bir neçə evə ziyan dəyib.
Qeyd edək ki, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindəki fərdi yaşayış evlərində qeydə alınan yanğının qısaqapanmadan baş verdiyi bildirilir.
***15:28
Bakının Nəsimi rayonu ərazisində yanğın baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə Azərbaycan Tibb Universiteti yaxınlığında yerləşən yarımtikilidə qeydə alınıb.
BAKU.WS