SİZİN REKLAM BURADA!
055 213 76 73



Ədliyyə Nazirliyinin Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin rəisi Samirə Kazımova vəfat edib.

"Report"un Qərb bürosunun məlumatına görə, o, 38 yaşında dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, S.Kazımova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Samirə Səməd qızı Kazımova ailəli olub. Onun bir oğlu, iki qızı var.

BAKU.WS