VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Nyu-Yorkdan Ankaraya uçan "Türk Hava Yollarına" (THY) məxsus təyyarə Kanadanın "Halifaks” hava limanında təcili eniş edib. 

BAKU.WS-in ANS PRESS-ə istinadla verdiyi məlumata görə, NBC telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb təyyarədə bomba olması barədə məlumat olub. Təyyarənin göyərtəsində olan 256 nəfər təcili olaraq təxliyyə edilib. 

Kanada polisi təyyarənin "Halifaks” hava limanına bomba həyəcanına görə göndərildiyini təsdiq edib. Hazırda hüquq mühafizə orqanlarının təmsilçiləri hadisə yerində xidməti itlərlə birgə axtarış aparırlar. 
 
Təyyarədə bombanın olması haqda məlumatı naməlum şəxs laynerin hava qalxdıqdan sonra verib. Hazırda polis həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparır.

Bu hadisə bu həftə qeydə alınan ilk belə hal deyil. Bir neçə gün əvvəl Fransanın "Air France" avia şirkətinə məxsus 
ABŞ-dan Avropaya uçan təyyarə də Kanadanın "Halifaks" hava limanında bomba həyəcanına görə təcili eniş edib. Bundan əlavə həmçinin Polşadan Misirə uçan təyyarə də bomba xəbərdarlığına görə uçuşunu yarımçıq qoyub. 

Hər iki hadisə zamanı göyərtədə partlayıcı qurğu aşkar edilməyib.
 
BAKU.WS