42 yaşlı bağça müdiri iş yerində öldü
23
iyn
2023
16:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda bağça müdiri vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İlisu kəndində baş verib. Kəndin uşaq bağçasının rəhbəri, 1981-ci il təvəllüdlü Məmmədova Məleykə Mahmud qızı işdə olarkən oturduğu yerdə halı qəfil pisləşib və yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, M.Məmmədova həyatını itirib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Qeyd edək ki, Məleykə Məmmədova 15 ildən artıq müddətdə İlisu kənd uşaq bağçasının müdiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...