SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.

Məlumata görə, 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi “RAF” markalı 66 BC 806 dövlət nömrə nişanlı mikroavtobus yanıb.

Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS