Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS report.az-a istinadən bildirir ki, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonundan keçən hissəsində qəzaya uğrayıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

BAKU.WS