SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Dəliməmmədli yaşayış məntəqəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobus "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalara çatdırılıb.
 
BAKU.WS