VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağdam rayonunda ölümlə nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndi ərazisində baş verib. “VAZ 21015” markalı 90-XT-485 dövlət nömrə nişanlı avtomobil “Lada Priora” markalı 02-BM-892 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə şəxs isə ağır xəsarət alıb. Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına və yaxınlıqdakı “N” saylı hərbi hospitala çatdırılıb. Yaralıların vəziyyətinin kritik olduğu bildirilir.

Ölən şəxsin VAZ-21015-in sürücüsü Mirzəyev Ramil olduğu müəyyənləşdirilib. Onun Mədəniyyət və Turizm Nazirliyinin Ağcabədi şöbəsinin işçisi olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alanlardan birinin şəxsiyyəti bəlli olub. O, “Lada Priora”nın sürücüsü, Quzanli kənd sakini Məhərrəmov Ceyhun Adil oğludur.

Qəzanın səbəbləri araşdırılır.

BAKU.WS