Bakı şəhərində yeni tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

BAKU.WS xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon "Bolluq bazarı" adlanan ərazidə qeydə alınıb. Binanın sonuncu mərtəbəsində quraşdırılmış taxta kanstruksiyalar yanmağa başlayıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

BAKU.WS