Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ziya Səccad

BAKU.WS