SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Sabunçu rayonunda avqustin 2-də bir neçə avtomobil toqquşub, nəticədə yanğın baş verib.

BAKU.WS-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Zaparoje” markalı avtomobil deformasiyaya uğrayıb və yanıb.
 
Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində ölüb.
 
Xilasedicilər A. Hüseynovun meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
Foto: Həmid
BAKU.WS