SİZİN REKLAM BURADA!
055 213 76 73



Neftçalada tikintidə bədbəxt hadisə baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.

Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS