SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın iki vətəndaşı Sankt-Peterburqun cənub-qərbində kütləvi dava zamanı ağır bədən xəsarətləri alıb. 
 
BAKU.WS-in məlumatına görə, hadisə noyabrın 15-i axşam saatlarında baş verib. Sankt-Peterburq polisinə kütləvi dava haqqında hadisə şahidləri məlumat verib. 
 
Patrul xidməti hadisə yerində Azərbaycan vətəndaşlarını döymüş üç Peterburq sakinini saxlayıb. Azərbaycanlıları döyənlər 25-27 yaşlarında rus gənclər olub. Bildirilir ki, dava avtomobil sürücü ilə və piyadalar arasında münaqişədən sonra başlayıb. Zərər çəkənləri döş qəfəsi və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirib.
 
BAKU.WS