40 nəfərə qarşı dələduzluq edən keçmiş məhkum saxlanıldı
27
apr
2023
11:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 40 nəfərə qarşı dələduzluq edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 40 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Füzuli rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Zeynəlabidin Məlikzadə saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Özünü polis kimi təqdim etdi - 30 taksi sürücüsünün pulunu aldı - VİDEO
Bakıda özünü polis kimi təqdim edən şəxs 30 taksi sürücüsünün pulunu alıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat veril...