Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
02
fev
2026
12:32
Pirəkəşkül və Ağdərədə 2-6 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
86 yaşlı kişi itkin düşüb
Salyan rayonunda 86 yaşlı sakin itkin düşüb. Bu barədə onun nəvəsi BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib. Bildirilıib ki, 1940-cı il təvəllüdlü Nəs...