SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gündən etibarən sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Yol polisi xəbərdar edir ki, qaydalara əməl etməyən sürücülərə qarşı qanuni tədbir görüləcək. Qeyd edilən tarixdən sonra pərdə və plyonkalı maşın sürərək qanunu pozanlar 150 manat miqdarında cərimə ediləcəklər.

BAKU.WS