SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda restoranlardan birində dava salan şəxs saxlanılıb.
 
BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Avqustun 10-da rayon ərazisindəki restoranlardan birində şəxsiyyəti məlum olmayan şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Mehman Mustafayevi döyüb.

Xətai RPİ 35ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rəfayel Hüseynov saxlanılıb. Onun üzərindən idman tapançası götürülüb. 
 
ŞAHİN Həbibov 
BAKU.WS