Daşkəsəndə arvadını öldürən şəxs intihar edib

26
fev
2018
19:02
Ötən gün daşkəsən rayonunda arvadını qətlə yetirib, hadisə yerindən qaçan şəxs intihar edib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qormaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşadığı evdə özünü asaraq intihar edib.Qeyd edək ki, fevralın 25-də Q.Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. BAKU.WS
Oxşar xəbərlər
Daşkəsəndə kişi həyat yoldaşını qətlə yetirib
Daşkəsən rayonunda qətl hadisəsi baş verib."Report"un Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Əhmədli kənd sakini Abbasova Mahizər Məhəmməd qızı q...
