VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki üz verib.

BAKU.WS-in modern.az-a istinadla məlumatına görə, mərhum Xalq şairinin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə vəfat edib. Bu barədə saytımıza ailənin yaxınları məlumat veriblər.

Bildilib ki, Dilarə xanımla vidalaşma mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Xatırladaq ki, Bəxtiyar Vahabzadənin özü də fevral ayında vəfat edib. Mərhum xalq şairi 2009-cu il fevral ayının 13-də 83 yaşında dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin...

BAKU.WS