Xəbər verdiyimiz kimi, bir neçə saat öncə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Arsalan oğlu Əliyev prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.

BAKU.WS-in virtualaz.org-a istinadən məlumatəna görə, MTN sistemindəki kadr islahatları davam etməkdədir. Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən şəxsin bu gün imzaladığı əmrlə MTN-in İsmayıllı və Daşkəsən rayon şöbələrinin rəisləri də tutduqları vəzifələrdən azad ediliblər. Bundan bir neçə gün öncə isə MTN-in Nərimanov rayon şöbəsinin rəisi işdən azad olunub.

Bütövlükdə isə MTN-in keçmiş rəhbərliyinin işdən azad olunmasından və ifşa edilməsindən sonra nazirliyin 120 əməkdaşı bu sistemdən xaric edilib. Onların 80 nəfəri sabiq nazir Eldar Mahmudovun yaxın qohumları və dostları olub.

BAKU.WS