SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, 76 yaşı Koti Lusik Abovyan barəsində maraqlı məlumat yayılıb. 
 
BAKU.WS-in məlumatına görə, yaşlı qarı Azərbaycan tərəfinə keçdikdən sonra ona verilən yeməkdən imtina edib. Lusik azərbaycanlı əsgərlərin ona yaxşı baxdığını da etiraf edib. Mülki erməni vətəndaşı dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.
 
Yaşlı qarı təmas xəttini keçərkən əlində qara sellofanda yük olub. "Aykakan Jamanak" qəzeti iddia edir ki, qoca qarının əlindəki yükün içərisində ərzaq olub. Azərbaycan tərəfi Ermənistanda aclığın və səfalətin olduğunu nəzərə alaraq Lusikə jest edib. Erməni qadına sellofanla bir yemək verilib ki, öz kəndinə qayıtdıqdan sonra bununla bir gün qarnını doydursun.
 
Ancaq Azərbaycan tərəfinin bu humanist addımı ermənilər tərəfindən heyrətlə qarşılanıb. Ermənistanın azərbaycanlı girovlara münasibətindən fərqli olaraq Azərbaycan erməni girovlara insan kimi münasibət göstərir. Ermənistan cəmiyyətinin onlara xas olmayan humanist addımları görüb heyrətlənməsi isə başa düşüləndir. 
 
Şahin Həbibov 
BAKU.WS